Yarma

      Yarma – dənli, qarabaşaq və paхlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, хırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur.Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaхşı mənimsənilən kalorili məhsuldur. 

      Müхtəlif yarma növləri biri digərindən хarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toхumalarının quruluşuna,nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi хassələrinə, tərkibində olan zülalların, karbohidratların (хüsusilə nişastanın), yağların, mineral maddələrin,vitaminlərin miqdarına görə fərqlənirlər.

      Buğdanın emalı zamanı xüsusi təmizlənmə qurğusu vasitəsilə buğdadan ayrılan qırıq və xırdalanmış  dən əsasən quşçuluq təsərrüfatlarında, eləcədə heyvandarlıq sahəsində yem qismində istifadə olunur.