Buğda kəpəyi - buğda ləpəsinin üç qatından biridir.
Üyüdülmə prosesi zamanı soyulur və əlavə məhsul kimi qiymətləndirilir.
Buğda ləpəsi üç hissədən ibarətdir: kəpək,endosperm və rüşeym.
Kəpək buğda ləpəsinin müxtəlif qida və liflərlə sıx bağlanmış sərt xarici təbəqəsidir.
Üyütmə prosesində kəpək buğda ləpəsindən çıxarılaraq əlavə məhsula çevrilir.
Buğda kəpəyinin şirin bir dadı var.Çörək, tortlar və digər bişmiş məmulatlara tekstura əlavə etmək üçün istifadə olunur.
Buğda kəpəyi eyni zamanda yem sənayesində sıx istifadə edilən məhsuldur.
Buğda kəpəyi yaxşı miqdarda sink və mis ehtiva edir. Buğda kəpəyi Qidalandırıcı sıxlığı ilə yanaşı, kalorisi də azdır. Yarım stəkanda (29 qram) cəmi 63 kalorivar, bu, tərkibindəki qidaları nəzərə alsaq, kiçik bir dəyərdir.
Üstəlik, yarım stəkan (29 qram) kəpəyin tərkibində ümumi yağ, doymuş yağ və xolesterol ilə birlikdə təxminən 5 qram protein movcuddur. Buna görə də kəpək bitki mənşəli proteinin yaxşı mənbəyi hesab edilir.