Tədqiqat və İnkişaf hər bir şirkət üçün yenilik sayəsində böyümənin vacib bir elementidir.
Tədqiqat və İnkişafı həyata keçirən təşkilatlar öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.
Bu məqsədlə Ağsu Taxıl MMC tərəfindən müxtəliv növ un və qənnadı məmulatlarının hazırlanması üçün “Təndirəsər” adı altında istehsal sexi yaradılmışdır.
Laboratoriya tərəfindən aparılan gündəlik un analizləri ilə yanaşı, Tədqiqat və İnkişaf sexindəki təndir və sobalarda fabrikimizdə istehsal olunan hər birinin fiziki və təcrübi keyfiyyətini yoxlamaq üçün araşdırmaları aparılır, eyni zamanda onun təyinatına uyğunluğu yoxlanılır. Bu yoxlamalardan sonra məhsulun qablaşdırma uyğunluğu təsdiqlənir.
Hər hansı bir problem yarandıqda, sexdə çalışan mütəxəssis heyətimiz müştərilərimizdən gələn tələbləri qiymətləndirmək üçün onları ziyarət edərək yerində müşahidə və araşdırmalar aparır.
Müştəri məmnuniyyətini ön planda tutaraq gələn şikayətlərə ən qısa zamanda cavab verilir.