2023-cü ilin əvvəlindən fəaliyyətə başlamış Ağsu Taxıl MMC yüksək keyfiyyətli məhsul istehsalını təmin edən, 24 saat ərzində 90 ton buğdanı ən qabaqcıl texnologiya vasitəsilə emal etmək gücünə malik olan müasir avadanlıqlarla təchiz edilmişdir.
Dəyirmanda həyata keçirilən bütün əməliyyatlar - taxılın təmizlənməsi, nəmləndirilməsi və üyüdülməsi Proqramlaşdırıla bilən Məntiqi nəzarət qurğusu (PLC) tərəfindən idarə olunur. Taxılın qəbul edilməsindən tutmuş, hazır məhsulun tamamlanmasına kimi istehsal prosesinin hər bir elementinə birbaşa operatorun otağından nəzarət edilir. Hazır məhsullar bu zaman gigiyena qaydalarına əməl edilməklə və əmək tələbləri minimallaşdırılmaqla avtomatik şəkildə qablaşdırılır.
Dəyirmanda buğda alışı və məhsul istehsalı zamanı keyfiyyətə davamlı nəzarəti təmin etmək məqsədilə xüsusi cihazlarla təmin edilmiş laboratoriya fəaliyyət göstərir.
Dəyirmanda əla növ unla yanaşı, əlavə olaraq birinci və ikinci növ yüksək keyfiyyətli un, eləcə də yüksək proteinli kəpək istehsal edilir. İstehsal edilən məhsullar keyfiyyətə nəzarət olunmaqla "Zərif", “Sədəf” və “Tələbat” ticarət markaları altında satışa çıxarılır.
Sahədə hər biri 2000 ton olmaqla ümumilikdə 10 000 ton taxılın saxlanması üçün 5 ədəd dəmir silolar ( rezervuarlar ) quraşdırılmışdır.
Ağsu Taxıl olaraq missiyamız dəyirmanımızda istehsal edilən ən keyfiyyətli məhsulları ən uyğun qiymətlərlə istehlakçılara çatdırmaqdan ibarətdir.
Ağsu Taxıl müştəri məmnuniyyətini üstün tutmaq , daim yenilənən texnologiyaya uyğunlaşmaq, rəqibləri ilə doğru və ədalətli rəqabət aparmaq prinsiplərini rəhbər tutaraq hər zaman etibarlı xidməti və dəyişməz keyfiyyəti ilə keçmişdən gələcəyə ən inamlı addımlarla irəliləyəcəkdir.