Ağsu Taxıl Laboratoriyası keyfiyyətli məhsul vermənin istehsal qədər əhəmiyyətli olduğu düşüncəsi ilə quruldu və ölkənin ən təcrübəli işçi heyətinə malik laboratoriyalarından biri olma xüsusuiyyətini daşıyır. Ən son texnologiya ilə təchiz olunmuş laboratoriyada yüksək keyfiyyətin təmin edilməsi məqsədilə xammal alışından tutmuş satışa gedən hazır məhsula qədər beynəlxalq standartlara uyğun bütün analizlər aparılır. Laboratoriyada aparılan analizlər aşağıdakı kimidir:
1.Dənin Naturası
2.Zibil qarışığı,
o cümlədən:
2.1. mineral qarışığı (daş,qum, torpaq, çınqıl)
2.1.1. çınqıl
3.Dən qarışığı,
o cümlədən:
3.1. cücərmiş dən
3.2. xarab olmuş dən
4.Nəmlik
5.Qlüten göstəriciləri
5.1. yaş qlütenin miqdarı
5.2. qlüten indeksi
6.Şüşəvarilik
7.Düşmə ədədi
8.Qoxu və rəng – sağlam buğda dəninə məxsus olmayan bütün digər əlamətlər